Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbr verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının Ağstafa şəhərindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “Tofaş” markalı avtomobil hərəkətdə olarkən dairəvi yoldan çıxan “Hyundai” ilə toqquşub.

Zərbənin təsirindən “Tofaş” bir neçə dəfə dövrə vuraraq yolun kənarına, qəza yerindən təxminən 20 metr məsafəyə düşüb.

Qəza nəticəsində 46 yaşlı Əfqan Salmanov xəsarət alıb. O, ətrafdakıların köməyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.