Ağdamda qətl hadisəsi törədilib.

Metbuat.az xəbər verir ki, hadisə Səfərli qəsəbəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerində ölüb.

Onu qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü kürəkəni Qənbərov Eldəniz Elşən oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.