Bakı, 12 iyun, AZƏRTAC
Bu ilin beş ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 9,8 milyard kubmetr qaz nəql edilib. Qaz nəqlinin 30,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 3 milyard kubmetr qaz ötürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.