İsrail ilə İngiltərə arasında diplomatik gərginlik daha da artıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hökuməti İngiltərənin Şərqi Qüdsdəki konsulluğunun bağlanacağını açıqlayıb.
Qərarın İngiltərənin İsrailin işğal etdiyi Qərbi Şəriədəki yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra verildiyi bildirilir.
İngiltərə Xarici İşlər naziri Ed Miliband Qərbi Şəriədəki İsrail yaşayış məntəqələrindən ölkəyə mal idxalının qadağan ediləcəyini açıqlayıb. London, həmçinin həmin yaşayış məntəqələrinin tikintisi, maliyyələşdirilməsi və genişləndirilməsinə xidmət edən şəxslər və şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
İsrail Xarici İşlər naziri Gideon Saar İngiltərənin bu qərarına sərt reaksiya verib. O bildirib ki, London İsrailə qarşı hər hansı tədbir görərsə, İsrail də İngiltərəyə qarşı müvafiq addımlar atacaq.
İsrailin maliyyə naziri Bezalel Smotrich isə bundan əvvəl İngiltərənin İsraildəki səfirinin ölkədən çıxarılmasını tələb edib.