Azərbaycan və Rusiya arasında yüksək səviyyəli siyasi təmasların sayı artıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.ru”ya müsahibəsində bildirib ki, 2026-cı ilin ilk 7 ayında iki ölkə arasında 30 ikitərəfli səfər baş tutub. 2025-ci ilin bütün dövründə isə bu göstərici 20 olub.

Diplomatın sözlərinə görə, yüksək səviyyəli dialoq davam edir və bu il Azərbaycan və Rusiya prezidentləri iki dəfə telefonla danışıblar.

Mustafayev daha əvvəl Rusiya mediası və sosial şəbəkələrində Azərbaycana qarşı formalaşdırılan mənfi informasiya fonunun ikitərəfli münasibətlərə zərər vurduğunu da bildirib.