Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin enerji infrastrukturuna endirilən zərbələrə cavab veriləcəyi ilə bağlı açıqlamasını “eskalasiya üslubunda yeni bəyanat” kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Peskov bu barədə “Vesti” jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən danışıb.

“Prezident Putin Rusiyaya, Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr endirilməsi ilə bağlı 40 günlük planı dəfələrlə xatırladıb. Bu, əhəmiyyətli eskalasiya addımı idi. Bu, eskalasiya üslubunda yeni bəyanatdır”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Zelenski Ukraynanın enerji infrastrukturuna zərbələrə cavab verəcəyini açıqlayıb.