Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov bu barədə Moskvada keçirilən “Beynəlxalq Rusiya Dostları Hərəkatı” qurultayında çıxışı zamanı danışıb.

O bildirib ki, Qərb ölkələri Rusiyadan təhlükə gəldiyi barədə fikirləri yayır və ölkəsinə qarşı müharibəyə hazırlıq görür.

“Qərb elitaları Rusiyadan təhlükə olduğu barədə mifə inanırlar. Qərb ölkəmizə qarşı müharibəyə hazırlaşır”, - deyə Lavrov bildirib.

Nazir Rusiyanın təhlükəsizliyinə yönələn təhdidlərə cavab verəcəklərini və bunun üçün lazımi imkanlara malik olduqlarını söyləyib.

Lavrov Avropa ölkələrini Ukraynaya dəstək verməkdə və “nasizmi qəbul etməkdə” ittiham edib.

O, ABŞ-nin Avropa ölkələrindən fərqli olaraq Rusiya ilə dialoqa hazır olduğunu bildirib.

“Biz də ciddi məsləhətləşmələrə hər zaman açığıq”, - deyə Lavrov qeyd edib.

Nazir əlavə edib ki, Moskva ilə Vaşinqton arasında dialoq qurulmasına baxmayaraq, iki ölkənin münasibətlərində əhəmiyyətli dəyişiklik baş verməyib.