ABŞ Prezidenti Donald Tramp “süni intellekt” ifadəsinin texnologiyanı “saxta” kimi göstərdiyini bildirərək onun əvəzinə “super zəka” ifadəsinin işlədilməsini təklif edib.

Metbuat.az xəbər verir ki, Tramp BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı “super zəka dünyasına xoş gəlmisiniz” ifadəsini işlədib.

O bildirib ki, ABŞ sənədlərində və ümumi istifadədə “süni intellekt” əvəzinə “super zəka” terminindən istifadə olunacaq.

Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” platformasında izləyiciləri arasında sorğu keçirərək “üstün zəka”, “ifrat zəka” və “super zəka” variantlarını təqdim edib. Onun sözlərinə görə, sorğuda “super zəka” ifadəsi daha çox dəstək qazanıb.

Lakin texnologiya mütəxəssisləri yeni terminin geniş şəkildə qəbul ediləcəyini düşünmürlər. Onlar “super zəka” ifadəsinin hazırkı süni intellekt sistemlərindən daha inkişaf etmiş və hələlik nəzəri xarakter daşıyan texnologiyaları ifadə etdiyini bildirirlər.