Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 1 nəfərə şamil olunub.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşı Sonia Sabir müvafiq sərəncamla əfv edilən yeganə qadındır.