Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

77-KS-302 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Onların qəza nəticəsində xəsarət alan 2026-cı il təvəllüdlü övladlarının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.