Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Saat 12:05 radələrində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı "Ravon" markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Metbuat.az hadisə yerindən görüntüləri təqdim edir: