Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (1 qadın, 1 kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.