TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbə götürülməsi üçün hər hansı ödəniş tələb olunmur.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.

Vətəndaşlardan qeyri-rəsmi platformalardan və digər vasitələrdən istifadə etməmələri xahiş olunub.

Qeyd edək ki, ötən gün Yeni Klinikada həkim qəbuluna onlayn növbə götürmək istəyən şəxslərdən 5,90 manat ödəniş tələb olunduğu barədə məlumat yayılmışdı. Həmçinin Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Neftçilər Xəstəxanası və Respublika Endokrinoloji Mərkəzdə də “onlinenovbe.az” platforması vasitəsilə onlayn növbənin ödənişli olduğu bildirilmişdi.