Yəmən ordusu İranın dəstəklədiyi husilərə qarşı “Yəmən Şəfəqi” adlı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü polkovnik Macid Abdullah ən-Nezili hökumət qüvvələrinin strateji əhəmiyyət daşıyan Babülməndəb bölgəsinə nəzarəti ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, Taiz vilayətində yerləşən Zubab hava limanı da hökumət qüvvələrinin nəzarətinə keçib. Məlumata görə, hərbçilər Zubabla Muxanı birləşdirən yolu bağlayaraq ərazidə atəş nəzarəti yaradıb. Nezili Zubab bölgəsində yüzlərlə husinin mühasirəyə alındığını qeyd edib.
Husilərə yaxın mənbələr isə Babülməndəbin hökumət qüvvələrinin nəzarətinə keçməsi barədə məlumatı təkzib edib. Həmin mənbələr bölgənin hələ də husilərin nəzarətində olduğunu bildiriblər.