Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

Metbuat.az xəbər verir ki, Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə tarif dərəcəsi aşağıdakı kimi olacaq:

* 100 manatadək köçürmələrdə – 3 qəpik;

* 100,01–1000 manat – 10 qəpik;

* 1000,01–10 000 manat – 1 manat;

* 10 000,01–40 000 manat – 4 manat;

* 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.

Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib.

* 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;

* 100.1 – 1000 dollar – 0.5 dollar;

* 1000.1 – 10000 dollar – 2 dollar;

* 10000.1 – 40000 dollar – 10 dollar;

* 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.