Bakı, 12 iyun, AZƏRTAC
İsveçrənin Federal Şurasının üzvü və Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter iyunun 12-də “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Didye Burkhalteri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.