Quantanamo məhbusunun ölüm gündəliyi (FOTO)

Quantanamo məhbusunun ölüm gündəliyi (FOTO)
16:36 20 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Gələn həftə ABŞ-ın Quantanamo həbsxanadakı dustağının qalmaqallı memuarları dərc ediləcək.

ANS PRESS-in məlumatına görə, dustaq "Quantnamonun gündəliyi"nin dərci üçün 6 il mübarizə aparıb. Bu kitab Quantanamo məhbusları barəsində yazılan ilk kitabdır. Sözügedən kitabı 20 ölkədə dərc edəcəklər.

Mohamedou Ould Slahi adlı məhbus hələ 13 il əvvəl doğma vətəni Mavritaniyada ələ keçirilib. Daha sonra İordaniyaya və oradan isə Əfqanıstana gətirilib. Sonra o 2002-ci ilin avqustunda 760 nömrəli məhbus kimi ABŞ-ın Kubadakı Quantnamo həbsxanasına göndərilib. ABŞ silahlı qüvvələrinin nümayəndələri bu həftə "Guardian"a danışarkən bildiriblər ki, Slahiyə heç bir ittiham irəli sürülməyib. Amma bildirilib ki, çətin ki, onun gələcəkdə azad olunması haqqında bir qərar verilsin. Hərçənd ki, 2010-cu ildə hakim onun azadlığa buraxılması ilə bağlı qərar qəbul etmişdi.

Gündəlikdə Slahi təsvir edir ki, onun necə yuxusuna haram qatıblar. Onu öldürməklə qorxudur, seksual hərəkətlər edirdilər və məhkuma işgəncə verənlər onun anasını tutacaqları ilə hədələyirdilər.





Onun gözlərini bağlayıb duzlu suyu içməyə məcbur edirdilər və sonra qayığa mindirib buzlu bir yerə aparırdılar. Məhbusu 3 saat boyunca həmin buzlu yerdə oturdub döyürdülər.

İşgəncələrin sonunda o, yalan ifadə verməyə məcbur olub. Slahi əzablara son qoymağa cəhd edərək bir neçə dəfə yanlış məlumat verib. Onu sorğu-sual edən şəxslərə Torontoda "Si-En Tower"i partlatmaq fikrində olduğunu deyib. Ondan dediklərinin həqiqət olduğu soruşulanda isə Slahi belə cavab verib: "Mənə onsuz da razıyam, bircə siz razı qalın. Əgər siz alırsınızsa, mən satıram".

Quantnamoda dustağın əlyazmasını 2500 dəfə senzuraya məruz qoyublar. Bu senzura isə məxfi informasiyanın gizlədilməsi ilə əlaqələndirilib. Hərçənd, əslində hədəf ondan ibarət idi ki, oxucuların məhbusun ağır sınaqları haqqında tarixi oxumağa imkan verilməsin. Ancaq naşirlər kitabın senzura ilə dərc olunacağını ehtimal edir və güman edirlər ki, məhbus azadlığa çıxdıqdan sonra həmin kitabın senzurasız variantını oxumaq mümkün olacaq.





Slahi ona qarşı təhqirləri və zorakılığı belə təsvir edir: "Məndə hallüsinasiyalar başlandı və mən büllur kimi təmiz səsləri eşitməyə başladım. Mən öz doğmalarımın söhbətini eşidirdim… Mən eşidirdim, necə valehedici səslə Quranı oxuyurlar. Mən öz ölkəmin musiqisini eşidirdim. Daha sonra keşikçilər mənim bu hallüsinasiyalarımdan istifadə etdilər və borular vasitəsilə qəribə səslər çıxararaq mühafizəyə hücum etməyimə, qaçmağıma şərait yaratdılar. Amma onlar məni yanlış fikirə salmağa müvəffəq olmadılar. Mənə deyirdilər ki, biz nəsə eşidirdik, yəqin, bu cindir!. Mən isə cavabımda "Bəli, amma mən ona qulaq asmıram", - deyə cavab verirdim. Mən dəli olmaq həddində idim".

Amerika insan haqları təşkilatları internetdə Slahinin azadlığa buraxılması üçün kampaniya başlayırlar. Layihənin rəhbəri Hina Şəmsi məhbusun günahsız olduğunu və əsassız yerə həbs olunduğunu bildirib. O, Amerika Birləşmiş Ştatların amansız işgəncələrə məruz qoydu məhbusun 10 ildən çoxdur ki, azadlıqdan məhrum edilməsinin düzgün olmadığını vurğulayıb.





Bu 44 yaşlı kişi 1990-cı illərin əvvəllərində iki dəfə Əfqanıstanda olub. Orada o, "əl-Qaidə"yə sədaqət andı içib və SSRİ-ə qarşı mübarizəyə qoşulub. Onun sözlərinə görə, 1992-ci ildə o, bu təşkilatla bütün əlaqələrini kəsib.

Slahi 1999-cu ildə Kanadada yaşayərkən Los-Ancelesdə beynəlxalq aeroportu partlatmaq cəhdində iştirakda şübhəli bilinərək saxlanılıb. Bu ittihamların təsdiqi üçün isə heç bir dəlil tapılmayıb. 2004-cü ildə hərbi prokuror qərar qəbul edib ki, onun verdiyi bütün ifadələr işgəncələrin nəticəsidir.

Məhbus bildirir ki, Quantnamoda bu gün 122 dustaq qalır. Onların arasında Səudiyyə Ərəbistanında doğulmuş Britaniya sakini Şaker Aamer də (Shaker Aamer) var. Britaniya baş naziri Devid Kemeron Obamayla danışıqlarda Aamerin vəziyyəti haqqında məsələni qaldırmalı idi. Ancaq Britaniya nazirləri son beş il ərzində 15 dəfə bu məsələni qaldırsalarda ABŞ Britaniya hökumətinin bəyanatlarının ciddiliyində əmin olmadığı üçün konkret addım atmır.

Quantnamonun nümayəndələri Slahiyə təhlükəli məhbus kimi baxmırlar. Deyirlər ki, o başqa məhbuslarda məlumat verir, amma ayrı yerdə yaşayır və orada ona bostanı yetişdirməyə icazə verilib. Ancaq ABŞ təkid edir ki, məhkumun həbs olunması ilə bağlı onlarda hüquqi əsaslar var.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR