Kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, S.Cəfərov Prezident Administrasiyasında kənd təsərrüfatı üzrə məsul vəzifəyə - şöbə müdiri təyin edilib.
Qeyd edək ki, o, 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. Bu ilin yanvarında isə nazir müavini vəzifəindən azad olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri təyin edilmişdi.