Mingəçevirdə 20 Yanvar faciəsinin ildönümü ümumxalq hüzn günü kimi qeyd edilib

16:43 20 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 20 yanvar, AzərTAc
Yanvarın 20-də Mingəçevir şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisi səsləndirilib.
Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə 25 il əvvəl keçmiş Sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınıb. Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_20_Yanvar_faciesinin_ildonumu_umumxalq_huzn_gunu_kimi_qeyd_edilib-826117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR