Qanlı şənbə gecəsində şəhid və əlil olan göyçaylıların ailələrinə yardım edilib

16:48 20 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin növbəti ildönümü Göyçay rayonunda da qeyd edilib.
AzərTAc xəbər verir ki, yanvarın 20-də minlərlə göyçaylı 25 il əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər Şəhidlər xiyabanına toplaşaraq Vətənin qəhrəman övladlarının məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərin ruhu qarşısında baş əyiblər. Gün ərzində Şəhidlər xiyabanında matəm musiqisi səsləndirilib.
Qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan göyçaylı Rauf İsayev və Mehman Muradovun ailə üzvləri ilə, sağlamlığını itirən II qrup əlil Fərhad Bayramovla görüş keçirilib. Rayon icra hakimiyyətinin əməkdaşları onların ailəsinə yardım təqdim edib, qayğı və problemləri ilə maraqlanıblar.
Sonra vaxtilə şəhidlərin təhsil aldıqları orta məktəblərdə anma mərasimləri təşkil olunub. Göyçay şəhərindəki iki məsciddə dini mərasimlər keçirilib. “Şah” restoranında 400 nəfərin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ehsan mərasimi təşkil edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR