Xalq artistleri 20 Yanvar haqqinda: "Intiqamlari alinacaq"

Xalq artistleri 20 Yanvar haqqinda: "Intiqamlari alinacaq"
17:26 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azerbaycanin taninmis senet adamlari 20 Yanvar faciesinin 25-ci ildonumu ile bagli fikirlerini ATVxeber.az-la bolusubler.

Axsam.az hemin fikirleri teqdim edir.

Xalq artisti Amaliya Penahova:
 
"Cox dehsetli gun idi. Baxmayaraq ki, o dehsetli gunden 25 il otur, ancaq men ele bilirem ki, dunen idi. Yaramiz hec koz baglamir. Cunki o gun indi de gozumun qabagindadir. Tabutlar, al-qirmizi qerenfiller, qanli kuceler... Ancaq onunla yanasi, hemin hadise xalqimizi birliye sesledi, xalqimizin azadliq ruhunu, esqini mohkemlendirdi. Gorunur, sehidler olmaliydi ki, bu azadliq elde olunsun.

Bu gun 20%-den artiq torpagimiz isgal altindadir. Sehidlerimizin ruhlari qarsisinda borcumuz coxdur. Tek 20 Yanvar yox, ermeni tecavuzunu de unutmaq olmaz. Bu, azadligi bogmaq cehdleri idi. Her birimiz bir olmaliyiq, bir mezhebe qulluq etmeliyik. Cunki bizi parcalamaq cehdleri hemise olub, bu gun de var ve olacaqdir. Bu baximdan ayiq-sayiq olmaliyiq. Dunya olkelerine baxanda ve orada cereyan eden hadiselerden xeberdar olduqda goruruk ki, Azerbaycana hec bir menfi hadise tesir etmir. Biz oz yolumuzla inkisafa dogru cenab Prezidentimizle birge addimlayiriq. Xalqimizin rifahi ucun Prezidentimiz ne lazimdirsa edir. Biz de oz senetimizle, oz isimizle bu azadligi mutleq sekilde qoruyub, saxlamaliyiq."
 
Xalq artisti Rasim Balayev goz yaslarini saxlaya bilmedi:
 
"En kederli gunlerimizden biridir. Allahdan birce arzum var. Kas mene o qeder omur qismet etsin ki, onlarin qisasinin alinmasi gununu gorum. Cunki dusunurem ki, hele de onlarin ruhlari sad deyil. O vaxt onlarin ruhu rahat olacaq ki, intiqamlari alinacaq, torpaqlarimiz azad olunacaq. O zaman onlarin ruhu sad olacaq".
 
Xalq artisti Ilham Namiq Kamal:
 
"Bugunku gun biz sehidlerimize rehmet oxumaliyiq. Hemcinin qeyd etmeliyik ki, bu hadise ile xalqin oyanisi bir fexrdir. Onlarin coxu gunahsiz insanlar idi. Sadece evlerinin balkonuna cixan, ses-kuyden xeber tutmaq isteyen gunahsiz insanlar qurban olublar. Bu gune Azerbaycan tarixinde qehremanliq gunu deyerdim. Sehidlerimizin qebri nurla dolsun. Azerbaycan xalqina qelebeler, xos gunler, inkisaf arzu edirem.

Mene ele gelir ki, bu gun deyek ki, her bir sey qaydasindadir, sehidlerimizin qisasini almisiq, bu, dogru olmaz. Cunki bizim 20 faizden artiq tormagimiz dusmen tapdagi altindadir. Ve cox mekrli bir dusmenle hemserhedik. Bunlar def olunmasa, biz onlar qarsisindaki borcumuzu yerine yetirmemis hesab olunuruq".
 
Xalq artisti Meleyke Esedova:
 
"Hemin gece seher xestexanalarin birinde idim. Xestexanaya getirilen meyitleri gordum. 20 Yanvarin canli sahidi olmusam. Insanlar nece aglayir, qisqirirdilar... Dehset... Gulleler insanlarin ustune yagis kimi yagirdi. Rus ordusunun hiylesine qurban getdiler. Dehsetli gun idi. Hemise qelblerde qalan, unudulmayacaq faciedir. Baxmayaraq ki, ustunden 25 il otur, lakin hele de sehidlerimiz bizimledir. Onlarin ruhlari qarsisinda bas eyirem, Allah ailelerine sebir, dozum versin. Yerleri cennetlik olsun... Allah rehmet elesin!".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR