Ərdoğanı təhqir edənə cəza verildi (FOTO)

Ərdoğanı təhqir edənə cəza verildi (FOTO)
18:11 20 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 1 professor, 2 müəllim və bir tələbə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün həbs edilib.

ANS PRESS-in məlumatına görə, onların hər birinə 11 ay, 20 gün həbs cəzası verilib. Lakin sonradan cəza 7 min lira (təxminən 2 min 300 manat) pul cəzası ilə əvəz edilib.

4 nəfərin həbs edilməsinin səbəbi isə Ərdoğana "Oğru Tayyib Ərdoğan", "Tayyib çaşdı, pulları daşdı" kimi şüarlar səsləndirmələri olub. Belə ki, Türkiyənin Çanaqqala şəhərində təhsil haqqında qanuna etiraz etmək üçün toplaşmışdılar. Bu şüarlar da həmin aksiyada səsləndirilmişdi.

Həbs olunanlardan biri - professor Telat Koç belə bir qərarın söz azadlığına, demokratik dəyərlərə ağır zərbə olduğunu bildiriblər. Onların fikrincə, belə bir şüar səsləndirilsə belə, onların içərisindən cəmi 4 nəfərin hədəf seçilərək həbs edilməsi yanlışdır.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR