Bakı, 20 yanvar, AzərTAc
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür.
Bu sözləri Şəhidlər xiyabanına ziyarətə gələn Bakı şəhərinin Nizami rayonundakı 70 nömrəli məktəb-liseyin direktor müavini İmamverdi Qurbanov AzərTAc-a müsahibəsində deyib.
Bildirib ki, Qanlı Yanvar böyük bir xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu hadisə ilə xalqımız ruhdan düşmədi, əksinə öz qəhrəmanlığını sübut edib müstəqilliyinə qovuşdu. Ona görə də qanlı şənbə gecəsi xalqımızın qəhrəmanlıq salnaməsidir. Biz bu tarixi yaşadan xalqımızla fəxr edirik.