Şəhidlər 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər

Şəhidlər 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər
18:53 20 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, E. Hüseynov, AzərTAc 
Qanlı Yanvar faciəsi törədilən zaman Azərbaycan informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Nəinki xarici ölkələrdə, hətta rayonlarda yaşayanlar belə Bakıda nə baş verdiyindən xəbər tuta bilmirdilər. Belə ağır vəziyyətdə Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayəti ilk dəfə dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət və siyasi iradə nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı.
Bu sözləri Şəhidlər xiyabanına gələn paytaxt sakini, “Azərbaycan” nəşriyyatı direktorunun müavini Allahverdi Məmmədov AzərTAc-a müsahibəsində deyib.
A. Məmmədov bildirib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər. Şəhidlərimiz hər bir azərbaycanlının ürəyində özlərinə əbədi abidə ucaltdılar. Bu gün Şəhidlər xiyabanında yanan əbədi məşəl məhz şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiramın nümunəsidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR