Azərbaycan prezidenti Almaniyada bir neçə görüş keçirdi

Azərbaycan prezidenti Almaniyada bir neçə görüş keçirdi
22:24 20 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Bundestaqın deputatları,  Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.

 

APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və digər sahələrdəki hazırkı münasibətlər, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Müzakirələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq olduğu qeyd edilib. Alman deputatlar bu görüşdən məmnunluq ifadə ediblər.

 

Görüşdə həmçinin Almaniya və Azərbaycan parlamentləri, xüsusilə dostluq qrupları arasında səmərəli əməkdaşlıq olduğu da vurğulanıb.

 

Görüşdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə qrup iştirakçılarına ətraflı məlumat verib.

 

Görüşdə həmçinin alman şirkətlərinin Azərbaycana daha çox cəlb edilmələrinin vacibliyi də qeyd edilib.

 

Daha sonra prezident Almaniya Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşüb.

 

Görüşdə Azərbaycanla Almaniya arasındakı münasibətlərin indiki vəziyyəti və gələcək perspektivləri, Dağlıq Qarabağ münaqişəsi   müzakirə olunub.   

 

 

Almaniyanın xarici işlər üzrə federal naziri Azərbaycana son səfərini məmnunluqla xatırladığını qeyd edib və bu səfərin hər iki ölkə üçün səmərəli olduğunu qeyd edib.

 

 

Azərbaycan prezidentinin digər görüşü isə Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşingerlə olub.
 

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.  Həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

 

Görüşdə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR