Ukrayna Türkiyənin yolunu kəsdi

Ukrayna Türkiyənin yolunu kəsdi
23:31 20 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna öz ərazisindən Rusiyaya Türkiyədən inkubasiya yumurtasının tranzitini bağlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya baytarlıq və fitosanitar xidməti (Rosselxoznadzor) xəbər yayıb.

"Ukraynanın dövlət baytarlıq və fitosanitar xidmətinin açıqlamasına görə, Türkiyədən inkubasiya yumurtasının Ukrayna ərazisi vasitəsilə Rusiyaya tranziti rəsmi Kiyev tərəfindən dayandırılıb. Ukrayna tərəfi bildirdi ki, belə məhsulun ölkə ərazisindən keçirilməsinə icazə verə bilməzlər: "Çünki bu məhsullar Ukrayna üçün təhlükəli ola bilər".

Bu məqsədlə Rosselxoznadzor Türkiyədən inkubasiya yumurtasının idxalatçılarına Rusiyaya çatdırmaların alternativ yollarından istifadə etməyi məsləhət görüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR