Amerikalı müğənni Madonna pərəstikaşlarını yenidən təəccübləndirmək qərarına gəlib. O, yeni "Bitch I'm Madonna" mahnısına çəkdirdiyi videoklipi başa vurmaqdadır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 56 yaşlı pop kraliçası yeni mahnısının videoklipinə pop-musiqi ulduzları Beyons, Keti Perri, Mayli Sayrus və Rita Oranı dəvət edib.
Madonna "Bitch I'm Madonna" ("Qancıq, mən Madonnayam") klipinin tizerini İnstagram-dakı profilində yayıb və yazıb: "Bu yaxınlarda, çox tezliklə! Sadəcə, klipi ideal etmək istəyirəm. Var qüvvəmizlə çalışırıq".
Madonnanın minlərlə pərəstişkarı isə onu plagiatda suçlayıblar. Çünki müğənninin yeni klipi Teylor Sviftin "Bad Blood" videoklipini xatırladır. Həmin klipdə supermodellərdən tutmuş, teleserial aktrisalarınadək bir çox ulduz çəkilmişdi.
Eyni zamanda, Madonna yeni klipinə Britni Spirs, Ledi Qaqa və Riannanı da dəvət etməməkdə suçlanıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.















