Azərbaycan əhalisinin sayı 9,5 mln. nəfəri ötüb

10:12 21 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 10:09 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edir.

 

Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub.

 

İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR