Bakı, 17 iyun, AZƏRTAC
Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) e- xidmətləri "Elektron hökumət" portalına inteqrasiya olunacaq.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbərliyinin ABEMDA-nın nümayəndələri ilə görüşündə danışılıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmiş "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin məqsədəuyğun təşkili üzrə müzakirələr aparılıb. Eyni zamanda, elektronlaşdırılacaq və portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim ediləcək bu xidmətin məzmunu və keyfiyyəti barədə danışılıb.