iPhone 6-nı kosmosdan aşağı atdılar - VİDEO - FOTO

iPhone 6-nı kosmosdan aşağı atdılar - VİDEO - FOTO
10:22 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple korporasiyasının istehsalı olan iPhone 6 bütün smartfonlar kimi, zərbələri və eştiyatsız davranışı "sevmir". Bunun üçün çoxsaylı, müxtəlif, fərqli keyslər, qoruyucu örtüklər və vasitələr var.

Lakin "Urban Armor Gear" şirkətinin istehsalı olan bu keys mühafizə rekordu vurub.
 
Milli.Az CNet-ə istinadən bildirir ki, şirkət məhsulunun keyfiyyətini göstərmək üçün çox maraqlı sınaq keçirib.
 
"Urban Armor Gear"li keysə qoyulmuş iPhone 6 smartfonu helium doldurulmuş şara bərkidilib, şar səmaya buraxılıb.
 
Heliumlu şar 30,2 km yüksəkliyə qalxanda isə avtomatik komanda nəticəsində iPhone 6 şardan aralanıb və aşağı düşüb.
 
Smartfon 112 km/saat sürətlə, -56 dərəcə temperaturda aşağı düşüb.
 
Bu hündürlükdən düşməsinə rəğmən, smartfona heç nə olmayıb.
 
Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR