Bakı, 17 iyun, Məmməd İsayev, AZƏRTAC
İlk görüşümü ötən il Avropa çempionatının gümüş mükafatçısı olan idmançıya qarşı keçirdim və qalib gəldim. Növbəti qarşılaşmada ispaniyalı atlet, London Olimpiadasının qalibi, Avropa və dünya çempionu Joel Bonilla Qonzalez ilə üz-üzə gələcəyəm. Düşünürəm ki, çətin və gərgin döyüş olacaq. Amma doğma Vətənimdəyəm və əlimdən gələni edib azarkeşlərin köməyi ilə finala çıxmaq istəyirəm. Ona görə azarkeşlərin dəstəyini gözləyirəm. Rəqibimin güclü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində kişilər arasında taekvondo yarışında dörddəbir final mərhələsinə yüksələn Ayxan Tağızadə (-68 kq) deyib.
“Əgər ispaniyalı rəqibimi məğlub etsəm, növbəti görüşümdə rusiyalı idmançı ilə revanş döyüşünə çıxacağam. Çünki rusiyalı rəqibimə dünya çempionatında
uduzmuşdum. Ona görə rusiyalı rəqibimdən revanş almağa çalışacağam".
Taekvondoçu Ayxan Tağızadə: Azarkeşlərin fəal dəstəyi ilə finala çıxmaq istəyirəm