“Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançıların mübarizəsi davam edir.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, günün ilk oyunu Almaniya və Niderland voleybolçuları arasında keçirilib. Almanlar hər üç setdə də qalib gəliblər (25:13, 25:23 və 25:22).
Digər oyunda isə “A” qrupunda çıxış edən Polşa və Rumıniya idmançıları üz-üzə gəliblər. Yarışın favoritlərindən sayılan polşalı voleybolçular rəqiblərinə heç bir şans verməyiblər – 3:0 (25:23, 25:15 və 25:17).
_____________
Növbəti görüşdə “B” qrupunda çıxış edən Serbiya millisi Bolqarıstan yığması üzərində 3:0 (27:25, 25:12 və 25:18) hesabı ilə qələbə qazanıb.
Hazırda Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar.








