Bu yaxınlarda aparılan araşdırmaya görə, fırıldaqçıların fəallığının artmasının əsas səbəbi onların diqqəti simsiz rabitə sahəsinə yönəltməsidir. Bunun üçün onlar fərdi məlumatları oğurlamaq məqsədilə innovativ üsullardan istifadə edirlər.
Belə şəraitdə təhlükəsizlik üzrə ekspertlər məlumatların mühafizəsi sistemlərinin təkmilləşdirilməsi və yeni istifadəçi autentifikasiya alətlərinin hazırlanması üzərində çalışırlar. Xüsusilə, biometrik identifikasiya texnologiyaları populyarlaşır. Araşdırmada qeyd olunur ki, telekommunikasiya şirkətləri özlərini və abunəçiləri fırıldaqçılardan qorumaq məqsədilə tez-tez biometrik texnologiyalardan yararlanırlar.
Daha çox istifadə olunan texnologiyalardan biri səsin tanınması, eləcə də nitqin davranış aspektləri (məsələn, danışıq tonu) texnologiyalarıdır. Növbəti populyar həll sifətin profilin fotoşəkili ilə müqayisə edilməsidir. Bəzən kommunikasiya şirkətləri bir biometrik texnologiyanın istifadəsindən kifayətlənməyərək bir neçəsindən yararlanırlar.
Xatırladaq ki, ekspertlərin proqnozuna görə, növbəti beş ildə biometrik texnologiyalar bazarında sürətli artım olacaq, - "Payspacemagazine” yazır.