Bakı, 18 iyun, AZƏRTAC
Bu ilin may ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 15 min 338 müraciəti cavablandırıblar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vergiödəyiciləri 2484 dəfə vergi borcu, 974 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edib, onlara 34 min 395, o cümlədən 33 min 171 qısa və 1224 ikitərəfli mesaj göndərilib.
May ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 316 min 83 daxilolma qeydə alınıb.