Bakı, 18 iyun, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan U-21 komandamız Azər Salahlının qolu ilə qələbə qazanıb – 1:0.