Bakı, 18 iyun, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi fəal iştirak edirlər.
Bu barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova AZƏRTAC-a məlumat verib. ATU-nun minədək könüllüsünün Avropa Oyunlarına qoşulduğunu bildirən G.Aslanova vurğulayıb ki, uğurla davam edən möhtəşəm tədbir təkcə Avropanın deyil, bütün dünyanın diqqətini Azərbaycana cəlb edib. O, “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin hər bir azərbaycanlıda böyük qürur hissi doğurduğunu söyləyib.