ANS PRESS-in məlumatına görə, təmsilçimiz Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub.
İdman gimnastikasının fərdi çoxnövçülük yarışında uğurlu çıxış edən Stepko gümüş medala layiq görülüb. Yarışdan sonra fəxri kürsüyə qalxan idmançıya medalı I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, komanda hesabında da bürüncə yiyələnən Stepko hələlik Bakı-2015-də iki medal qazanan yeganə idmançımızdır.