Hacı Əliyev: "Qələbəmi Azərbaycan xalqına həsr edirəm"

Hacı Əliyev: "Qələbəmi Azərbaycan xalqına həsr edirəm"
22:27 18 İyun 2015
151 İdman
Ölkə mətbuatı
A- A+

Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Azərbaycan xalqının dəstəyi ilə növbəti medalımızı birinci Avropa Oyunlarının idman tarixinə yazdıq.

Bu sözləri iyunun 18-də AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev deyib.

Hacı Əliyev idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bayrağı doğma divarlar arasında qaldırmağın önəmindən danışan Hacı Əliyev ona azarkeşlik edən idmansevərlərə təşəkkürünü bildirərək deyib: "Ölkəmizin dövlət bayrağını qaldırmaq mənim üçün inanılmaz məsuliyyətdir. Mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Qələbə qazanmağımda azarkeşlərin böyük rolu oldu. Tamaşaçılardan növbəti yarış günləri üçün də böyük dəstək gözləyirik. Rəqibimdən zəif olduğumu heç də düşünmürəm. Sadəcə nasazlığım qələbəmi əlimdən verdi. Biz əlimizdən gələni etməliyik ki, bayrağımız ən yüksək pillədə dalğalansın. Bizim idmançılar qələbəyə layiqdir. Las-Veqasda keçiriləcək dünya çempionatında ən yüksək nəticə göstərəcəyimə əminəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR