Ruslan Dibirhacıyev: İnaniram ki, mənə olan etimadı doğrulda bildim

Ruslan Dibirhacıyev: İnaniram ki, mənə olan etimadı doğrulda bildim
03:23 19 İyun 2015
166 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC 
İnanıram ki, mənə olan etimadı doğrulda bildim. Bürünc medal qazanmaqla Avropa tarixində ilk dəfə olaraq keçirilən idman bayramına adımı yazdırmaqdan çox şadam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışlarında üçüncü yeri tutan Azərbaycan atleti Ruslan Dibirhacıyev söyləyib.
R.Dibirhacıyev deyib: “Əlbəttə, birinci yeri tutmaq, azarkeşlərə, ailəmə daha böyük sevinc yaşatmaq istəyirdim. Bürünc medal qazandım. Amma bu da məni sevindirir. Şadam ki, mənə olan inamı doğrulda bildim. Minlərlə adlı-sanlı idmançı arasında qələbə qazanmaq çox gözəl hissdir. Tamaşaçıların ürəkdən azarkeşlik etməsi mənə əlavə güc verdi. Buna görə də medalı onlara həsr edirəm.
Bundan sonra dünya çempionatına hazırlaşacağam. Azarkeşlərə söz verirəm ki, dünya çempionatında qızıl medal qazanacağam”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ruslan_Dibirhaciyev_Inaniram_ki_mene_olan_etimadi_dogrulda_bildim-865145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR