Akrobat gimnastların final görüşlərinə start verilib

10:18 19 İyun 2015
35 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Abdulla Suvar, AZƏRTAC
Bütün dünya idmansevərlərinin diqqət mərkəzində olan birinci Avropa Oyunları çərçivəsində bir-birindən maraqlı yarışlar davam etməkdədir. Bu sırada akrobatika gimnastikasının da öz yeri var.
AZƏRTAC xəbər verir ki, Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində iyunun 18-də Milli Gimnastika Arenasında keçirilən yarışda komandalar və qarışıq cütlüklərin çoxnövçülük üzrə final görüşləri başlayıb.
İlk olaraq xalçaya Portuqaliya komandası çıxıb.
Bu görüşlərdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı mübarizə aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akrobat_gimnastlarin_final_goruslerine_start_verilib-865157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR