“DəmirBank” tibb işçilərinin peşə bayramını təbrik edib

“DəmirBank” tibb işçilərinin peşə bayramını təbrik edib
12:52 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 12:47 ]


Bakı - APA-Economics. “Tibb işçilərinin peşə bayramı” münasibəti ilə keçirilən tədbirə “DəmirBank” da dəstək olub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbir zamanı ölkəmizin müxtəlif klinikalarında çalışan tibb işçiləri, klinika rəhbərləri iştirak edib. Tədbir iştirakçılarına müxtəlif mövzularda faydalı təlimlər keçirilib, həmçinin çoxillik təcrübəyə malik həkimlərə Azərbaycanın fəxri fərmanları və təşəkkürnamələr təqdim edilib.

 

Tədbir zamanı “DəmirBank”ın tarixi, geniş çeşidli məhsul və xidmətləri barəsində məlumatlar verilib, qeyd olunan məlumatlar həkimlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR