Erməniləri faş edən tapıntı (VİDEO)

Erməniləri faş edən tapıntı (VİDEO)
19:41 25 Dekabr 2014
157 Dünya
Ölkə mətbuatı
A- A+

UNESCO-nun Qeyri-Mədəni İrs Siyahısına erməni sözü kimi daxil edilən "lavaş" əslində erməni lüğətlərinin heç birində yox imiş.

ANS TV-nin məlumatına görə, bu faktı Qafqaz Tarixi Mərkəzi və onlara bu işdə dəstək olan Prezident Administrasiyasının ictimai-siysi şöbəsinin sektor müdiri Fuad Axundov aşkara çıxarıb. Bu faktları bu gün keçirilən mətbuat konfransında ictimaiyyətə çatdıran alimlərimiz tarixi məlumatı UNESCO-nun diqqətinə çatdırmaq niyyətindədir. Ermənilərin qədim Ermənistan fikirlərini alt-üst edən cəmi 18 ədəddən ibarət olan köhnə erməni lüğətini əldə edən tarixçilərimiz bu gedişlə qaranlıq olan çox məqamlara aydınlıq gətirəcəklər.

“Ermənilər Qafqaza köçürüləndən sonra qonşu xalqların tarixi abidələrini, tarixi ənənələrini, əşyalarının hamısını mənimsəməyə başlayıblar. Qonşu xalqlar lavaş ermənilərə aid olmadığını bilsələr də aciz qaldıqlarından bunu sübut edə bilmirdilər. Artıq biz - Qafqaz Tarixi Mərkəzi alimləri bir texnalogiyanı artıq tapmışıq” – deyə Prezident Adminstrasiyasının sektor müdiri Fuad Axundov bildirib.

Tarixçi-alim Elşad Əlilinin sözlərinə görə, ən qədim 1749-cu ildən, 1910-cu ilədək nəşr olunmuş ermənicə lüğətlər var: "Amma məni təəccübləndirən o oldu ki, heç birində lavaş sözünü tapa bilmədim. Mən düşünürdüm ki, bu qədər də bunlar haqsızcasına bu lavaş sözünü mənimsəməyə qalxırlarsa, o zaman bunların orta əsrlərindəki mətnlərində bu söz keçməlidir. O lüğətlərin heç birində yoxdur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR