TQDK sədri Yardımlıda cənub bölgəsindən olan vətəndaşları qəbul edib

TQDK sədri Yardımlıda cənub bölgəsindən olan vətəndaşları qəbul edib
14:03 19 İyun 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Yardımlı, 19 iyun, Bağır Əliyev, AZƏRTAC 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, TQDK-nin sədri Məleykə Abbaszadə və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub.
Vətəndaşlar işə qəbul, buraxılış, qəbul və sınaq imtahanları, V qrupun ixtisasları, qəbul imtahanlarında ixtisas seçimi və sair məsələlərə dair rəy və təkliflərini bildiriblər.
Bəzi vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_sedri_Yardimlida_cenub_bolgesinden_olan_vetendaslari_qebul_edib-865266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR