Şura sədri media kapitanlarını təltif edib (FOTO)

Şura sədri media kapitanlarını təltif edib (FOTO)
19:43 25 Dekabr 2014
74 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin dördüncü rübünün və ilin yekunları ilə bağlı toplantısı keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev 2014-cü ildə Qhtxeber.az saytının 5 yaşının tamam olduğunu bildirərək, bu münasibətlə saytın bütün kollektivini təbrik edib, qarşıdakı illərdə bir-birindən yeni və maraqlı layihələrlə oxucuların görüşünə gəlməyi arzulayıb.

Qhtxeber.az-ı vətəndaş cəmiyyəti institutlarının ən vacib tribunası adlandıran A.Quliyev saytın yaradıcı heyətinin üzərilərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdiyini bildirib. Şura sədri saytı 5 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif edib.

A.Quliyev Şuranın “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlını 60 illik yubileyi münasibətilə təbrik edib və onu pəşəkar jurnalist, istedadlı yazar kimi xarakterizə edib. Şura sədri S.Alışarlını Fəxri fərmanla təltif edib və ona nailiyyətlər arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR