Günəşli” yatağında 2 quyu istismara verilib

Günəşli” yatağında 2 quyu istismara verilib
18:23 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında yataqdakı 11 nömrəli dərin dəniz özülündən 344 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fasilə Lay Dəstəsinə qazılan bu yeni quyu fontan üsulu ilə məhsul verərək, 3070-3034 metr intervaldan gündəlik 80 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündəki 266 nömrəli quyu isə əsaslı təmirdən sonra istifadəyə verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan 2740-2695 metr intervaldan gündəlik 65 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyularda istismar işləri “Azneft” İB “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_2_quyu_istismara_verilib-865372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR