Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib
20:23 19 İyun 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Elşad Qəzvini, AZƏRTAC 
İyunun 19-da Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, hərbi məktəblərin, veteran təşkilatlarının, hərbi hissələrin, şəhər muzeylərinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixi haqqında məlumat verib, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki mühüm xidmətlərindən danışıb. Bildirilib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə ordu quruculuğunu, Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb.
Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulub, Silahlı Qüvvələr müasir texnika və silahlarla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır.
Sonra “Güclü dövlətin qüdrətli ordusu” adlı film nümayiş etdirilib.
Tədbir H.Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Herb_Tarixi_Muzeyinde_Silahli_Quvveler_Gunu_ile_bagli_tedbir_kechirilib-865418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR