Vladimir Putin: "Rusiya ilə ultimatum dilində danışmaq olmaz"

Vladimir Putin: "Rusiya ilə ultimatum dilində danışmaq olmaz"
21:17 19 İyun 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 21:11 ]

"İstəyirik ki, milli maraqlarımız nəzərə alınsın"

Moskva.Fərid Əkbərov - APA. Rusiya ilə ultimatum dilində danışmaq olmaz. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışında bildirib.

 

Putin Rusiyanın milli maraqlarının nəzərə alınmasını istədiyini söyləyib: "ABŞ imkan verməlidir ki, Rusiya özü öz maraqlarını və tələbatlarını müəyyən etsin. ABŞ daxili işlərimizə qarışaraq Rusiyaya nəyin lazım olduğunu müəyyən etməyə cəhd edir. İcazə verin öz maraqlarımızı, tələbatlarımızı özümüz müəyyən edək. Bizimlə ultimatum dilində danışmaq lazım deyil. İstəyirik ki, milli maraqlarımız nəzərə alınsın".

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR