Bakı-2015: Avropa çempionumuzun 1/4 finaldakı rəqibi bəlli oldu

Bakı-2015: Avropa çempionumuzun 1/4 finaldakı rəqibi bəlli oldu
07:39 20 İyun 2015
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 Avropa Oyunlarında Azərbaycan boksçusu Salman Əlizadənin rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa çempionumuz 1/4 final mərhələsində irlandiyalı Brendan İrvinle qarşılaşacaq.

 

İrvin 1/8 finalda bolqarıstanlı Tinko Banabakovu məğlub edib - 3:0. İrlandiya komandası Avropa Oyunlarından öncə Bakıda təlim-məşq toplanışı keçdiyindən hər iki boksçu bir-birini yaxşı tanıyır.

 

Əlizadə - İrvin qarşılaşması iyunun 22-i saat 13.30-da keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR