Avropa Oyunları: boksçumuz erməni ilə döyüşəcək

Avropa Oyunları: boksçumuz erməni ilə döyüşəcək
10:32 20 İyun 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 9-cu günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları başlanıb.

Qadınlar arasında yarım-yüngül çəkidə (51 - 54 kq) təmsilçimiz Anna Əlimərdanova 1/8-də rəqibi iştirak etmədiyindən o, yarışa birbaşa 1/4 final mərhələsindən başlayacaq. 23 iyun saat 12:45-də keçiriləcək döyüşdə onun rəqibi Bolqarıstandan Stanimira Petrova olacaq. 

Qadınlar arasında birinci yarım-orta çəkidə (60 - 64 kq) Yelena Vıstropovanın 1/8-də rəqibi iştirak etmədiyindən boksçumuz yarışa birbaşa 1/4 final mərhələsindən başlayacaq. Rəqib və vaxt dəqiqləşdiriləcək. 

Kişilər arasında yüngülvari çəkidə (52 kq) Elvin Məmişzadə 1/8 finalda İrlandiya təmsilçisi Maylz Keysi ilə qarşılaşacaq. Görüş 14:15-də başlanacaq. 

15:15-də kişilər arasında yüngül çəkidə (60 kq) Albert Səlimov 1/8 finalda Gürcüstan təmsilçisi Otar Eranosyanla döyüşəcək. 

Kişilər arasında yarım-orta çəkidə (69 kq) Pərviz Bağırov 1/8 finalda Moldovadan Vasili Belousla iyunun 21-i 14:15-də rinqə çıxacaq. 

91 kq-da Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Mixeil Baxtidze xal hesabı ilə 3-0 məğlub edib. O, 1/4 finalda döyüşəcək. Rəqibi və döyüşün vaxtı müəyyənləşəcək.

İdmançılarımıza uğurlar arzulayırıq!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR