Ronaldinyo rəsmən açıqladı

Ronaldinyo rəsmən açıqladı
13:31 20 İyun 2015
78 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyalı ulduz Ronaldinyo formasını geydiyi "Queretaro"ya vida edib.

ANS PRESS-in məlumatına görə, adı "Antalyaspor"la hallanan futbolçu rəsmi Twitter səhifəsindən mesaj yayımlayıb. Ronaldinyo bütün Meksika xalqına yaşatdıqları üçün xüsusi təşəkkür edib.

"Queretaro" ilə 2016-cı ilə qədər müqaviləsi olan Ronaldinyonun bir sonrakı ünvanının "Antalyaspor" olacağı gözlənilir.

Türkiyə klubunun prezidenti Gültekin Gencer oyunçunun transferi üçün təmaslarda olduqlarını açıqlayıb. Türkiyə Super Liqasına yüksələn "Antalyaspor" yeni stadionunda uğurlu çıxış üçün bahalı transfer etmək niyyətindədir.

Qeyd edək ki, "Antalyaspor" Ronaldinyo ilə yanaşı, Samuel Etonu da heyətinə qatmaq istəyir. Bu transferlər üçün klub sponsorlardan maliyyə dəstəyi alacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR